"İnter"in azarkeş dəstəyinə ehtiyacı var" - Zaur Svanadze

"İnter"in azarkeş dəstəyinə ehtiyacı var" - Zaur Svanadze
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi mətbuat konfransına fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, o, bunları söyləyib:
"Komanda sabahkı oyuna hazırdır. Zədəli və cəzalı futbolçumuzun olmaması sevindiricidi. Rəqibə müqavimət göstərməyə çalışacağıq. Səviyyə fərqinə, ilk oyundakı məğlubiyyətə baxmayaraq, uğur qazanacağımıza ümid var. Oyun başlayan vaxt, axşam saatlarında isti olmur. Azarkeşlərin dəstəyinə ümid bəsləyirik. Onların dəstəyi bizə çox lazımdı".
Baş məşqçi maaşların bu gün verildiyini bildirib: "Hәr şey qaydasındadı. Pul almışıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər