"İnter" 2013/14 mövsümünü gümüş medalla başa vuracaq. Ötən gün "Qəbələ" ilə sülh bağlayan (:0) bank klubu 2-ci pilləni özü üçün təmin edib.
Fanat.az xəbər verir ki, bu "İnter"in Premyer Liqada qahandığı 6-cı medal olub. Komanda bundan əvvəl 2 dəfə "qızıl"a, 1 dəfə "gümüş"ə, 2 dəfə "bürünc"ə sahib çıxmışdı.
Bakı klubu 2007/08 və 2009/10 mövsümlərdə çempion olub. 2008/09 mövsümündə gümüş medalları qazanan "bankirlər" 2011/12 və 2012/13 mövsümlərini üçüncü yerdə başa vurub.
Fanat.az