"İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışı keçirir. Fanat.az xəbər verir ki, yanvarın 10-da toplanış çərçivəsində "İnter"in U-19 komandasıyla üz-üzə gələn və bu görüşdə 5:1 hesablı qələbə qazanan əvəzedicilər daha 3 yoxlama matçı keçirəcək.
Belə ki, "bankirlər" ayın 14-də "Sumqayıt" və 17-də "Qarabağ"ın əvəzediciləri ilə üz-üzə gələcək. "İnter" yanvarın 22-də də meydana çıxacaq. Sonuncu oyundakı rəqibin adı yaxın vaxtda məlum olacaq. Bütün yoldaşlıq görüşlər "Şəfa" stadionunda baş tutacaq.
Fanat.az