Gürcüstan yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Temuri Ketsbaya Lixtenşteynlə oyuna 23 futbolçu çağırıb.
Baş məşqçi Azərbaycan Premyer Liqasını da yaddan çıxartmayıb. Belə ki, "İnter"in müdafiəçisi Laşa Salukvadze və hücumçusu Baçana Tsxadadze Lixtenşteynlə matça dəvət alıb. "Qarabağ"dan Nikolas Gelaşvili zədəsi olduğu üçün yığmayadan kənarda qalıb. Bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Salukvadze 2004-2011-ci illərdə 36 dəfə Gürcüstan millisinin formasını geyinib və 1 qola imza atıb. O, sonuncu dəfə yığmada 2011-ci ilin 3 iyununda Xorvatiya ilə baş tutan Avropa çempionatının seçmə mərhələ matçında oynamışdı. Timuri Ketsbaya onu 33 aydan sonra milliyə çağırıb.
Tsxadadze isə ilk dəfə ötən il Gürcüstan millisinə dəvət alıb. O, DÇ-2014-ün seçmə mərhələsinin İspaniya, Fransa və Finlandiya matçlarının heyətində yer alsa da, debüt edə bilməyib.
Fanat.az