"İnter"i udacağımıza inanırıq"

"İnter"i udacağımıza inanırıq"
"Bu, bizim üçün vacib oyunlardan biridi. Mövsümə yaxşı başlamışdıq. Amma son dövrlər bunun davamını gətirə bilmirik". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"lə oyundan danışan "Elfsborq"un məşqçisi Yan Mian deyib.
Bu gün Bakıda mətbuat konfransı keçirən məşqçi sabah baş tutacaq oyundan danışıb: "İnter"ə ilk oyundakı məğlubiyyətə baxmayaraq, uğur qazanacağımıza inanırıq. Sabah meydana yalnız qələbə üçün çıxacağıq. Bunun üçün gücümüz daxilində əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, ilk görüşdəkindən daha yaxşı oynayaq".
Mian "İnter"lə bağlı da fikirlərini bildirib: "İnter" yaxşı taktikaya malik komandadı. Rəqib xüsusilə meydanın mərkəzində yaxşı hərəkət edir. Amma biz onlara asanlıqla təslim olmağa hazırlaşmırıq. Rəqibin yaxşı top saxlamağı bacaran futbolçuları var. Buna görə rəqibə oynamaq imkanı verməməliyik".
O, komandanın əsas baş məşqçisi Klas İnqessonun Bakıya gəlməməsinin səbəbini də açıqlayıb: "Onun sağlıq durumunda hazırda problem var. Bura 8 saatlıq yol qət etmişik. Buna görə belə qərara aldıq ki, baş məşqçimiz bura gəlməsin. Uzun yolçuluğun ona daha da pis təsir etməsini istəmədik. Buna baxmayaraq, tez-tez baş məşqçi ilə əlaqə saxlayırıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər