"İnter"i "Tiraspol"la oyunlara Tsxadadze çıxarmayacaq

"İnter"i "Tiraspol"la oyunlara Tsxadadze çıxarmayacaq
"İnter"i "Tiraspol"la oyunlara Kaxaber Tsxadadze çıxarmayacaq. Fanat.az xəbər verir ki, buna səbəb gürcü mütəxəssisin cəzalı olmasıdı.
Belə ki, Tsxadadze ötən mövsüm Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Norveçin "Tromse" klubu ilə Bakıda keçirilən oyunda hakimə etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılmış və UEFA tərəfindən 2 oyunluq cəzalandırılmışdı. O, bu səbəbdən "Tiraspol"la oyunu kənardan izləməli olacaq. Kaxa "İnter" mərhələ keçəcəyi halda İsveçin "Elfsborq" klubu ilə oyunlarda komandaya başçılıq edə biləcək.
Artıq "İnter"i "Tiraspol"la oyuna kimin çıxaracağı müəyyənləşib. Komandaya baş məşqçinin köməkçisi Zaur Svanadze başçılıq edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər