"İnter"i keçə bilərik"

"İnter"i keçə bilərik"
Moldovanın "Tiraspol" klubunun futbolçusu Viktor Bulat Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunla (2:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, futbolçu məğlubiyyətə rəğmən mərhələ keçmək şanslarının qaldığını deyib: 
"Qapımıza vurulan qolları özümüz yaratdıq. Daha diqqətli oynamalı idik. Diqqətli olanda, isə hər şey alınır. 3 qol buraxandan sonra irəli atılmaqdan başqa yolumuz yox idi. Bu üzdən də matçın sonlarında 2 qol vurmağı bacardıq. Düşünürəm ki, təxminən bərabər səviyyəli komandaların oyunu oldu. “İnter”in güclü və ya zəif olduğu hiss edilmirdi. Evdə 2:3 hesabı ilə uduzmağımıza baxmayaraq, cavab oyunu ərəfəsində mərhələ keçmək şansları 50-nin 50-yədi. İlboyu avrokuboklar üçün mübarizə aparmaq və elə ilk dueldə yarışdan kənar düşmək çox üzücü olardı. Qarşılaşmadan sonra baş məşqçimiz də hər iki qolu özümüzün yaratdığını dedi. Düşünürəm ki, cavab oyununda daha diqqətli olacağıq. "Məğlub olsaq da, şanslar yenə bərabərdi. Bakıda qələbəyə oynayacağıq. "İnter"i keçmək olar".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər