"İnter"i dayandırmaq vaxtıdı"

"İnter"i dayandırmaq vaxtıdı"
"İnter" yaxşı komandadı. Rəqimibiz artıq uzun müddətdi ki, ardıcıl qələbə qazanır. Artıq onları dayandırmaq vaxtıdı". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leroy Corc deyib.
"Qarabağ" Premyer Liqanın XXXIII turunda "İnter"lə qarşılaşacaq. Ardıcıl 7 oyunda qələbə qazanan "bankirlər" son 3 turda 3 xala həsrət qalan ağdamlılarla oyunda da iddialıdı. "Qarabağ" bu oyunda qələbə qazansa, çempionluğunu elan edəcək. "İnter" isə qələbəni bayram etməklə xal fərqini 3-ə endirəcək.
Leroy "İnter"lə oyundan əvvəl açıqlama verib: "İstənilən oyun qızıl medallara yaxınlaşmaq üçün şansdı. Qarşıda üç oyunumuz var. Yaxşı oyun göstərməyə çalışacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər