Bakı "İnter"inin futbolçusu Aleksandr Amisulaşvili Gürcüstan Futbol Federasiyasının saytına müsahibə verib. Fanat.az xəbər verir ki, gürcü futbolçu "İnter"ə qayıtmayacağını bildirib:
"Karyeramı harada davam etdirəcəyimi deyə bilmərəm. Amma istənilən halda "İnter"ə qayıtmayacağam. Hələ ki, heç bir klubdan təklif almamışam. Ümid edirəm ki, komandanın digər üzvləri tezliklə yeni iş yeri tapa biləcəklər".
Fanat.az