"İnter"ə bir şad, bir bəd xəbər

"İnter"ə bir şad, bir bəd xəbər
Premyer Liqanın XXVI turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "İnter" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, komandanın üzvlərindən Elnur Abdullayevi sıradan çıxıb.
Elnurun kənarda qalmasına səbəb zədə yox, xəstəlikdi. Hərarəti yüksək olan futbolçu 5 gündü məşqlərə qatılmır. Bu səbəbdən martın 20-də "Xəzər Lənkəran"a qarşı oynamayacaq.
Əvəzində "İnter" Vüqar Nadirovdan şad xəbər alıb. "Rəvan"la oyunda zədə səbəbindən meydana çıxmayan Vüqar artıq sağalıb və "Xəzər Lənkəran"a qarşı oynaya bilər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər