"İnter"dən gedən futbolçusu Çernoqoriyada

"İnter"dən gedən futbolçusu Çernoqoriyada
"İnter"in sabiq futbolçusu Flavio Bekin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını Çernoqoriya çempionatında davam etdirəcək.
Belə ki, 27 yaşlı futbolçu Podqoritsa "Buduçnost"una qaydıb. Flavio artıq yeni klubu ilə rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, braziliyalı futbolçu "İnter"ə ötən mövsümün əvvəlində transfer olunub. 5 oyunda 359 dəqiqə oynayan Flavio sonradan bir daha meydana çıxmayıb. "İnter" 2013/14 mövsümünün sonunda onunla yollarını ayırdığını elan edib. Yarımmüdafiəçi ölkəmizə məhz "Buduçnost"dan gəlmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər