"İnter"dən ayrıldı, Fransada "əsas oyunçu" oldu

"İnter"dən ayrıldı, Fransada "əsas oyunçu" oldu
Yayda "İnter"dən ayrılan 4 legionerdən 3-ü hazırda karyerasını müxtəlif ölkələrdə davam etdirir. Bank klubunu tərk edən digər futbolçu - Aleksandr İaşvili isə karyerasına son qoyub.
"İnter"i başqa klublara dəyişənlərə gəlincə, Brüs Abdulaye Fransanın 2-ci liqasında çıxış edən "Orlean"ın əsas futbolçularından biridi. O, komandasının Liqa 2-dəki bütün oyunlarında sonadək meydanda olub. Kubokdakı yeganə matçda isə 120 dəqiqə oynayıb.
Çernoqoriyanın "Buduçnost" klubuna dnən Flavio Bek də komandanın əsas simalarındandı. Braziliyalı 10 matçda 703 dəqiqə oynamaq şansı qazansa da, qol vura bilməyib.
Qışda "İnter"ə gələn və özünü doğrultmayan İvo Taborski "Teplitse"yə dönüb. Çex hücumçu komandanın əvəzedici oyunçularından hesab olunur. Belə ki, o, 7 oyunda cəmi 282 dəqiqə oynayıb. İvo "Banik"lə çempionat matçının 88-ci dəqiqəsində qırmızı vərəqə alıb.

Futbolçu

Klub (Ölkə)

Oyun

Dəqiqə

Brüs Abdulaye

Orlean (Fransa)

11

1020

Flavio Bek

Buduçnost (Çernoqoriya)

10

703

İvo Taborski

Teplitse (Çexiya)

7

282

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər