Qış fasiləsində "İnter"i tərk edən Joao Paulonun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, braziliyalı müdafiəçi vətəninə dönüb.
Belə ki, 25 yaşlı futbol Braziliyanın C Seriyasında çıxış edən "Atletiko Sorokaba" klubu ilə müqavilə imzalayıb. O, artıq yeni klubunun heyətində 2 oyuna çıxıb. 114 dəqiqə oynayıb və 1 sarı vərəqə alıb.
Qeyd edək ki, yayda Braziliyanın "Braqantino" klubundan "İnter"ə keçən Joao Paulo ölkəmizdə cəmi 5 oyuna çıxıb 341 dəqiqə oynayıb.
Fanat.az