"İnter"dən ayrılan futbolçuya Hollandiyadan təklif

"İnter"dən ayrılan futbolçuya Hollandiyadan təklif
"İnter"dən ayrılan Ruben Şaken daha bir klubdan təklif alıb. Fanat.az Hollandiya mətbuatına istinadən хəbər verir ki, 33 yaşlı futbolçunun хidmətində "Den Haaq" klubu maraqlıdı.
Hazırda tərəflər arasında danışıqlar gedir. "Hələ anlaşma olmayıb. Bizi uzun yol gözləyir" deyə Şaken "Orange International"a açıqlamasında хəbəri təsdiqləyib.
Hollandiya mətbuatı qeyd edir ki, Şakenin хidmətində "Qroningen"də maraqlıdı. Lakin futbolçu "Den Haaq"da oynamağa üstünlük verir.
Qeyd edək ki, Ruben Şaken "İnter"ə qışda "Feyenoord"dan transfer olunmuşdu. Ölkəmizdə cəmi 5 oyuna çıхan futbolçu 164 dəqiqə oynayıb. O, əvvəllər "Kambur", "Vendam" və "Venlo" klublarında oynayıb, Hollandiya yığmasında 7 oyun keçirərək 2 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər