Makedoniyanın "Vardar" klubu yeni transferlərini təqdim edib. Fanat.az xəbər verir ki, "İnter"in sabiq hücumçusu İlço Naumoski də ictimaiyyətə təqdim edilən futbolçular arasında olub.
Onunla yanaşı, ukraynalı baş məşqçisi Sergey Andreyev, icraçı-direktor Samoil Simev, o cümlədən yeni futbolçular Filip İvanovski, serbiyalı Aleksandar Trniniç və sloveniyalı Aney Lovreçiçin təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, yayda Avstriyanın “Mattersburq” klubundan “İnter”ə keçən Naumoski cəmi 4 Premyer Liqa oyununa çıxıb və 80 dəqiqə oynayıb.
Fanat.az