"İnter"dən ayrılan futbolçu rəsmən "Den Haaq"da

"İnter"dən ayrılan futbolçu rəsmən "Den Haaq"da
"İnter"dən ayrılan Ruben Şakenin yeni klubu rəsmən müəyyənləşib. Fanat.az хəbər verir ki, holland futbolçu "Den Haaq"a keçib.
Artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb. Şaken qarşıdakı iki ildə "Den Haaq"ın formasını geyinəcək.
Qeyd edək ki, Ruben Şaken "İnter"ə qışda "Feyenoord"dan transfer olunmuşdu. Ölkəmizdə cəmi 5 oyuna çıхan futbolçu 164 dəqiqə oynayıb. O, əvvəllər "Kambur", "Vendam" və "Venlo" klublarında oynayıb, Hollandiya yığmasında 7 oyun keçirərək 2 qol vurub. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər