Bakı "İnter"ini tərk edən Emilyano Vilanın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, alban futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, Vila Albaniyanın "Partizan" klubuna keçib. 27 yaşlı futbolçu "İnter"ə gəlməzdən əvvəl - 2014/15 mövsümündə də bu klubda çıxış etmişdi.
Qeyd edək ki, Vila "İnter"in heyətində 7 oyuna çıxıb və 189 dəqiqə oynayıb.
Fanat.az