"İnter"dən ayrılan futbolçu Malta klubunda

"İnter"dən ayrılan futbolçu Malta klubunda
"İnter"dən ayrılan Limam Seydinin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, fransalı futbolçu karyerasını Maltada davam etdirəcək.
Belə ki, 30 yaşlı forvard "Birkirkara" klubuna keçib. Klubun rəsmi saytının məlumatına görə, onunla yarım illik müqavilə imzalanıb.
Qeyd edək ki, Limamı yayda "Xəzər Lənkəran" ölkəmizə gətirmişdi. FIFA-nın transfer qadağası üzündən Lənkəran klubunda debüt edə bilməyən fransalı hücumçu sonradan "İnter"ə keçmişdi. O, bank klubunun heyətində 8 oyun keçirərək bir qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər