"İnter"dən ayrılan Ruben Şakenin yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, hollandiyalı hücumçu karyerasını "Den Haaq"da davam etdirəcək.
Bu barədə Hollandiya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 33 yaşlı Şaken yeni klubu ilə 2 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Ruben Şaken "İnter"ə qışda "Feyenoord"dan transfer olunmuşdu. Ölkəmizdə cəmi 5 oyuna çıхan futbolçu 164 dəqiqə oynayıb. O, əvvəllər "Kambur", "Vendam" və "Venlo" klublarında oynayıb, Hollandiya yığmasında 7 oyun keçirərək 2 qol vurub.
Fanat.az