400 milyon avrodan artıq borcu olan "İnter" maliyyə vəziyyətini düzəltmək üçün önəmli addım atıb. Fanat.az xəbər verir ki, İtaliya klubunun sahibi Erik Tohir "Pirelli" firması ilə anlaşıb.
Anlaşmanın müddəti 5 ildi. Bu müddətdə Milan klubu 50 milyon avro qazanacaq. Əvəzində klubun formalarının ön tərəfinə "Pirelli" yazılacaq.
Qeyd edək ki, "Pirelli" artıq 20 ildi "İnter"in forma sponspordu. Bu anlaşma nəticəsində əməkdaşlıq müdəti 25 ilə çatacaq.
Fanat.az