"İnter"də şok: Baçananın başında sınıq aşkarlandı

"İnter"də şok: Baçananın başında sınıq aşkarlandı
"İnter"in futbolçusu Baçana Tsxadadzenin durumuna aydınlıq gəlib. Fanat.az xəbər verir ki, "Bakı" ilə oyunda Etto ilə toqquşan və baş nahiyəsindən dirsək zərbəsi alan gürcü forvardın durumu ciddidi.
Stadiondan təcili tibbi yardım maşını ilə "Medical Plaza" aparılan Baçananın beyni silkələnib və baş nahiyəsində sınıq aşkarlanıb. Kaxaber Tsxadadzenin oğlu ən azı 3 gün xəstəxanada qalacaq. Cərrahiyyə əməliyyatına ehtiyac duymayan futbolçunun ən tezi bir ay sonra məşqlərə başlayacağı deyilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər