"İnter"də maaş üsyanı

"İnter"də maaş üsyanı

Paytaxt klubu "İnter"də problemlər bitmək bilmir.

Fanat.Az xəbər verir ki, qış fasiləsində əsas heyət üzvlərindən Ağabala Ramazanovla Ruslan Abışovu itirən "İnter" dağılmaq təhlükəsi ilə üz-üzədi. Etibarlı mənbələrdən saytımıza daxil olan məlumata görə, "İnter"in futbolçuları artıq 3 aydan çoxdu ki, maaş üzünə həsrətdilər. Pulsuzluq dərdi ilə yanaşı klubun gələcəyinin qeyri-müəyyən olması futbolçularda psixoloji gərginlik yaradıb.

Beynəlxalq Bankından imtinasından sonra kluba SOCAR-ın nəzarət edəcəyi deyilsə də, hələlik ortada konkret heç nə yoxdu. Futbolçuların qarşısına çıxan, maaşların nə vaxt ödəniləcəyini deyən məsul şəxs də tapılmır. Hadisələrin gedişatı "İnter"i irəlidə yaxşı günlərin gözləmədiyindən xəbər verir.

Premyer Liqanın 3-cü dövrəsi başlayana qədər problem həll olunmazsa, paytaxt klubu tarixin yaddaşına da köçə bilər.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər