"İnter"də kimlərin maaşı verilib?

"İnter"də kimlərin maaşı verilib?
Uzun müddətdi maliyyə problemlərindən əziyyət çəkən "İnter"də maaşlar hələ də tam verilməyib. Fanat.Az-ın əldə etdiyi məlumata görə, klub üzvlərinin bəziləri iyuna, bəziləri isə iyula qədər məvacib alıb.Belə ki, məşqçilər korpusu və texniki işçilərə iyunun maaşı verilib, iyul və avqust ayları qalıb. Futbolçulara isə iyuladək maaşlar ödənilib. Yaxın günlərdə avqustun da pulları verilməlidi.Bundan başqa futbolçular Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın "Mladost" klubu üzərində qazanılan iki qələbəyə (2:0, 3:0) və Lüksemburqun "Fola" klubu ilə ilk oyundakı qələbəyə (1:0) mükafatları hələ ala bilməyib.Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər