"İnter"də kadr islahatları

"İnter"də kadr islahatları
"İnter"in direktoru Natiq Məmmədov, meneceri Fərəc Əliyev və onun köməkçisi Sərxan Həsənovun işdən kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb. Fanat.az xəbər verir ki, bank klubu bu gün bəyanatla çıxış edərək kadr islahatlarına aydınlıq gətirib:
“İnter” PİK-in rəhbərliyi bildirir ki, klub yeniliklərə açıq olması ilə həmişə fərqlənib və “İnter” komandasının inzibati strukturunda aparılacaq istənilən dəyişikliklər klubun ümumi inkişaf strategiyasındakı müəyyən dəyişikliklərlə bağlıdı. Buna görə də nəzərinizə çatdırmaq istəyirik ki, cari ilin noyabr ayında “İnter” klubunda komandanın idman direktorunun da vəzifələrini əhatə edəcək idman məsələləri üzrə yeni rəhbər şəxs fəaliyyətə başlayacaq. Komandanın inzibati heyətindən ayrılacaq şəxslərin adları da həmin yeni fəaliyyətə başlayacaq rəhbər şəxsin kadr siyasətinin istiqamətlərindən asılı olacaq. "İnter” PİK-in rəhbərliyi xüsusilə vurğulamaq istəyir ki, klubun inkişaf məsələləri daim diqqət mərkəzindədir və inkişafa töhfə verəcək istənilən əməkdaşlarla bundan sonra da işləməyə razı olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər