"İnter"in Türkiyə toplanışı davam edir. Fanat.az xəbər verir ki, yanvarın 11-də Hollandiyanın "NWC Asten" klubu ilə keçirilən yoxlama oyunundan (8:0) sonra yetirmələrinə bir günlük istirahət verən baş məşqçi Kaxaber Tsxadadze dünən komandasını yenidən iki dəfə meydana çıxarıb.
Səhər məşqi isinmə hərəkətlərilə başlayıb və müxtəlif fiziki hərəkərləri özündə ehtiva edən məşğələlərlə davam edib. Axşam məşqindəsə futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq komandanın ikitərəfli oyun keçirməsilə başa çatıb.
Xatırladaq ki, "İnter" növbəti yoxlama matçını yanvarın 15-də keçirəcək. "İnter"in rəqibi Almaniyanın 3-cü liqasında mübarizə aparan "Holşteyn Kil" komandası olacaq.
Fanat.az