Antalyada təlim-məşq toplanışında olan "İnter"in düşərgəsinə yeni futbolçu qoşulub. Fanat.az xəbər verir ki, fransız Yohan Bokoqnano baxışa gəlib. Baş məşçqi Kaxaber Tsxadadze onunla bağlı yaxın günlərdə qərar verəcək.
Yohan Bokoqnanonun son iş yeri Fransanın "İstr" klubu olub. 23 yaşlı mərkəzi müdafiəçisi yayda keçdiyi klubun heyətində 9 oyuna çıxıb və 721 dəqiqə oynayıb.
Bokoqnano 2008-2009 mövsümündə "Ayaçço"nun B komandasında çıxış edib. 2009-2011-ci illərdə "Nin"in formasını geyinən müdafiəçi (25 oyun) 2011-2013-cü illərdə "Ayaçço"nun uğurları üçün çalışıb (62 oyun, 8 qol).
Yohan 2009-cu ildə 2009-cu ildə tanınmayan Korsika yığmasında bir oyun keçirib. Korsika İtaliyanın Qərbində, Sardina adasının Şimalında yerləşən Fransaya bağlı adadı.
Fanat.az