"İnter"də daha iki futbolçu

"İnter"də daha iki futbolçu
"İnter"in baş məşqçisi Kaxaber Tsxadadzenin əvəzedici komandanın 3 üzvünü əsas heyətə dəvət etməsi ilə bağlı xəbər vermişdik. Xəbərdə bildirilirdi ki, gürcü mütəxəssis Nurxan Məsimzadə, Cəmil Hacıyev və Abbas Hüseynovu Antalyaya aparmaq niyyətindədi.
Fanat.az xəbər verir ki, Kaxa bu siyahıya daha iki nəfərin adını əlavə edib. Belə ki, Mənsur Nəhavəndini və Azər Salahlını da Antalyaya aparmaq qərarına gəlib.
Son 2 futbolçu əsas komanda ilə məşqlərini keçsə də, daha çox “İnter”in əvəzedici komandasında çıxış edir. Hüseynov, Hacıyev və Salahlı müdafiəçi, Nəhavəndi yarımmüdafiəçi, Mənsimzadə isə hücumçudur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər