"İnter"də 4 problem

"İnter"də 4 problem

Antalyada təlim-məşq toplanışında olan "İnter"in heyətində zədəli futbolçular var. Fanat.az xəbər verir ki, hazırda bank klubunun 4 üzvü zədədən əziyyət çəkir.

Belə ki, kapitan Vaqif Cavadov, Brüs Abdulaye, Meza Kolli və Samir Zərgərov bu səbəbdən Almaniyanın “Holştayn” klubuna qarşı oyunda meydana çıxa bilməyib. Onların nə vaxt sağalacağı məlum deyil.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər