"İnter" yenilgisiz dönür

"İnter" yenilgisiz dönür

Türkiyədə təlim-məşq toplanışında olan “İnter” bu gün son yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, “bankirlər” sayca 4-cü sınaq matçında Rusiyanın elita təmsilçisi “Orenburq”la qarşılaşıb.

 

Matç heç-heçə  başa çatıb - 1:1. "İnter"in qolunu Pərdis Fərcad Azad vurub.

 

“Ağ-göylər” əvvəlki oyunlarda Qazaxıstanın “Ordabası” (0:0) və Rumıniyanın “Botoşani” (1:1) klubu ilə bərabərə qalmış, Tacikistan “İstiqlol”unu (2:1) yenmişdi.

 

 

 

 

“İnter” – “Orenburq” (Rusiya) - 1:1

Qol: Pərdis Fərcad-Azad, 90

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər