Avstriyada təlim-məşq toplanışında olan "İnter" bu gün növbəti yoxlama oyununu keçrib. Fanat.az xəbər verir ki, Avropa Liqasına hazırlaşan komandanın baş məşqçisi Kaxaber Tsxadadze yetirmələrini Slovakiya klubu ilə oyunda sınayıb.
Belə ki, "İnter"in rəqibi "Spartak" olub. Oyun slovakların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "İnter"in yeganə qolunu xorvatiyalı legioner Matiya Şpiçiç vurub.
Qeyd edək ki, "Spartak" klubu 1923-cü ildə yaradılıb. Trnava təmsilçisi Çexslovakiya çempionluğunu (5 dəfə), kubokunu (5), Slovakiya Kubokunu (5) və Superkubokunu (1) qazanıb. 1968/69 mövsümündə Çempionlar Liqasının yarımfinalına çıxan komanda iki oyunun nəticəsinə görə "Ayaks"a yenilib (0:3, 2:0). "Spartak" 1973 və 1974-cü illərdə bu turnirdə 1/4 final oynayıb. 2013/14 mövsümünü üçüncü pillədə başa vuran Trnava təmsilçisi Avropa Liqasına vəsiqə qazanıb.
"Spartak" “İnter” və baş məşqçisi Kaxaber Tsxadadzeyə yaxşı tanışdı. Belə ki, Trnava klubu 2009/10 mövsümünün Avroliqanın I təsnifat mərhələsində yeni baş məşqçi təyin olunmuş gürcüstanlı çalışdırıcının komandasını 2:1 və 3:1 hesabları ilə məğlub edib. Bu komanda 2006/07 mövsümündə UEFA Kubokunun I təsnifat mərhələsində “Karvan”la qarşılaşıb. “Spartak” hər iki oyunda Yunis Hüseynovun komandasına 0:1 hesabları ilə məğlub olaraq turniri erkən tərk edib.
"İnter" bundan əvvəl Avstiyanın iki klubu ilə yoxlama oyunu keçirib. "Buhşaxen"i 5:0 hesabı ilə yenən "bankirlər" adlı-sanlı "Şturm"a da qalib gəlib - 3:2.
Fanat.az