"İnter" yenə "Simurq"u "vurur"

"İnter" yenə "Simurq"u "vurur"
"İnter"in transfer etməyə hazırlaşdığı daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, bank klubu "Simurq"dan İlkin Qırtımovu heyətinə qatmaq istəyir.
Baş məşqçi Kaxaber Tsxadadze 23 yaşlı müdafiəçinin transferində maraqlıdı. "İnter" üçün "kiçik qardaşı"nın əsas futbolçularından biri olan İlkini heyətə qatmaq yəqin ki, ciddi problem olmayacaq. 
Qeyd edək ki, İlkin cari mövsümdə Premyer Liqada 28 (2420 dəqiqə), kubokda 1 (120 dəqiqə) oyun keçirib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər