"İnter" yenə "Bakı"dan üstün oldu

"İnter" yenə "Bakı"dan üstün oldu
Milli komandamızın Malta ilə oyununa görə Premyer Liqada fasilə yaranıb. Fanat.az xəbər verir ki, fasilədə növbəti turun matçına hazırlıqlarını davam etdirən "Bakı" və "İnter" yoxlama matçı keçirib.
"Bakı"nın təlim-məşq bazasında baş tutan oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matın yeganə qoluna Nizami Hacıyev imza atıb.
Qeyd edək ki, "İnter"lə "Bakı" bu mövsüm Premyer Liqada 3 dəfə qarşılaşıb. İlk oyunda 7:0 hesablı qələbə qazanan "bankirlər" növbəti iki matçda da gülən tərəf olub - 1:0, 4:0.
Yoxlama oyunu
26 mart
Bakı - İnter 0:1
Qol: Nizami Hazcıyev.
"Bakı"nın təlim-məşq bazasının stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər