Heyətində islahatlar aparan "İnter" daha bir futbolçu ilə müqavilənin müddətini yeniləməkdən imtina edib.
Fanat.az xəbər verir ki, söhbət Vüqar Nadirovdan gedir.
Klubdan verilən məlumata görə, Nadirovun başa çatan mövsümdəki çıxışı məşqçilər korpusunu qane etməyib. Buna görə də hücumçu ilə sözləşmənin müddəti artırılmayıb.
Qeyd edək ki, 26 yaşlı oyunçu "İnter"ə "Qarabağ"dan arıldıqdan sonra üz tutmuşdu.
Fanat.az