İtaliyanın "İnter" klubu maraqlı addım atıb. Fanat.Az xəbər verir ki, Milan təmsilçisi 70 milyon avroya aldığı iki futbolçunun adını Avropa Liqasının sifariş ərizəsinə salmayıb.
Belə ki, "İnter" "Sportinq"dən 40 milyon avroya aldığı Joao Mario və "Santos"dan 30 milyon avroya transfer etdiyi Qabriel Barbosanın (Qabiqol) adını UEFA-ya təqdim etməyib. Bundan başqa komandanın ən çox maaş alan futbolçularından olan Geoffrey Kondoqbia və Stivan Yovetiç də siyahıdan kənarda qalıb.
Məlumata görə, "İnter" bu addımı UEFA-nın "Maliyyə Fair-Play"ı qaydalarına "iləşməmək" üçün atıb. Bir sözlə, Milan klubu UEFA-nı aldatmağa çalışıb.
Qeyd edək ki, Avropa Liqasının K qrupunda yarışacaq "İnter" "Sparta" (Çexiya), "Hapoel" (Bear-Şeva, İsrail) və "Sautqempton"la (İngiltərə) mübarizə aparacaq.
Fanat.Az