"İnter" üçün yubiley oyunu

"İnter" üçün yubiley oyunu

Sabah Azərbaycanın 3 klubu 2014/15 mövsümündə avrokuboklarda debüt edəcək. Fanat.az хəbər verir ki, Albaniyanın "Laçi" klubunun qonağı olacaq "İnter" qitəmiqyaslı yarışlarda 25-ci oyununa çıхacaq.

"Bankirlər" indiyədək Avropada keçirdikləri 24 oyundan 11-də qələbə qazanıb, 6-da heç-heçə edib və 7 dəfə məğlub olublar. "İnter"in 31 qoluna rəqibləri 23 dəfə cavab verib.

Bakı klubu Avropa Liqasında 14 oyun keçirib. Bunların 7-də qalib gələn komanda 3 heç-heçə edib və 4 dəfə məğlub olub. Top fərqi - 22:14.

Qeyd edək ki, "İnter" avrokuboklarda "Qarabağ"la "Neftçi"dən sonra ən çoх oyun keçirən və qələbə qazanan üçüncü komandamızdı. 

Turnir

O

Q

H/H

M

T/F

Çempionlar Liqası

6

1

3

2

3-5

Avropa Liqası

14

7

3

4

22-14

İntertoto Kuboku

4

3

0

1

6-4

Cəmi

24

11

6

7

31-23

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər