"İnter" üçün yeni sponspor tapılıb?

"İnter" üçün yeni sponspor tapılıb?

Maliyyə böhranına düşən “İnter” yeni sponsora tapşırıla bilər. Fanat.az sivil.az-a istinadən xəbər verir ki, Bakı klubuna “Texnika Bank”ın sponsorluq etməsi mümkündü..

Avropa Liqasının II təsnifat mərhələsində "Hafnarfyordur"la qarşılaşan klubun stadionunda artıq adıçəkilən bankın reklamları peyda olub. 

Beynəlxalq Bankın sponsoru olduğu klubun stadionunda başqa bir bankın reklamının olması deyilənlərin həqiqət olduğuna işarə kimi qəbul edilə bilər. 

Cahangir Hacıyevin Beynəlxalq Bankdan uzaqlaşdırılmasından sonra maliyyə çətinliyi ilə üzləşən klubun “Texnika Bank”a tapşırılacağı gözlənilir. Bununla da, bir klub dağılmaqdan xilas olacaq. 

Qeyd edək ki, Cahangir Hacıyevin gedişindən sonra “Simurq” klubu da Premyer Liqada çıxışdan imtina edib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər