Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Moldova "Tiraspol"u "İnter" arasındakı ilk görüşün hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA oyunu xorvatiyalı referiyə tapşırıb.
Belə ki, Tiraspolda baş tutacaq qarşılaşmada Ante Vuçemiloviç fit çalacaq.
Qeyd edək ki, "Tiraspol" - "İnter" matçı iyulun 3-də keçiriləcək və Bakı vaxtı ilə 22.00-da start götürəcək.
Fanat.az