"İnter" üçün xal mənbəyi

"İnter" üçün xal mənbəyi
Topaz Premyer Liqasında "İnter" "Sumqayıt"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, bu tərəflər arasında çempionatda 7-ci qarşılaşma olacaq.
“İnter” Premyer Liqanın autsayderi ilə qarşılaşmalarda böyük üstünlüyə malikdi. Əvvəlki 6 matçdan yalnız birində xal itirən bakılılar rəqibinə nəinki uduzmayıb, heç qapısından qol da buraxmayıb. Baş tutan 6 qarşılaşmadan 4-də isə eyni hesab - 2:0 qeydə alınıb.
Qeyd edək ki, "İnter" yeni ildə keçirdiyi 6 qarşılaşmada aktvinə 12 xal yazıb (3 qələbə, 3 heç-heçə). 2014-ə ardıcıl 3 qələbə ilə başlayan "bankirlər" ardıcıl 3 oyunda heç-heçə oynayıb. "Sumqayıt" isə son iki turda gözlənilməz nəticələrə imza atıb. Gənclik şəhəri təmsilçisi "Neftçi"ni məğlub edib, "Bakı"dan bir xal alıb. Ümumilikdə "Sumqayıt" yeni ilin 6 oyununda 6 xal qazanıb (1 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət).

14.09.2011

Sumqayıt Şəhər - İnter (Bakı)

0:2

20.02.2012

İnter (Bakı) - Sumqayıt Şəhər

2:0

15.09.2012

İnter (Bakı) – Sumqayıt

1:0

04.11.2012

Sumqayıt - İnter (Bakı)

0:0

04.10.2013

Sumqayıt - İnter (Bakı)

0:2

14.12.2013

İnter (Bakı) – Sumqayıt

2:0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər