"İnter" üçün uğursuz hakim

"İnter" üçün uğursuz hakim

Avropa Liqasının III təsnifat mərhələsində baş tutacaq “Atletik" - “İnter” matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA qarşılaşmanı yunan hakimlərə tapşırıb.

Qarşılaşmanı Stavros Tritsonis idarə edəcək. Ona Xristos Akrivos və İlias Alekseas yardımçı olacaq. 4-cü hakim funksiyasını İlias Spatas yerinə yetirəcək.

 

Oyunun hakim-inspektoru Finlandiyadan olan Youni Hittyia, UEFA nümayəndəsi isə italiyalı Danilo Filatsioni olacaq.

 

Qeyd edək ki, Stavros Tritsonis 2010-cu ilin 10 sentyabrında Azərbaycan və Belarusun U-21 komandaları arasında baş tutan Avropa çempionatının seçmə mərhələ oyununu idarə edib. Borisovda baş tutan oyun millimizin məğlubiyyəti ilə nəticələnib - 0:1. Yunan referi həmin oyunda Belarusdan 3 futbolçuya sarı vərəqə göstərib. O, 2012-ci ildə Avropa Liqasında keçirilən "Mura" (Sloveniya) - "Bakı" oyununda 4-cü hakim olub. Həmin qarşılaşmada "Bakı" 0:2 hesabı ilə uduzub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər