Topaz Premyer Liqasının XXVIII turunda "İnter”in qonağı olacaq "Rəvan” hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, "Bayıl Arena"da baş tutan bugünkü məşq təxminən saat yarım davam edib.
Taktiki-texniki çalışmalar üzərində qurulan məşqdə komandanın bütün üzvləri iştirak edib. Belə ki, həftəboyu fərdi məşqlə kifayətlənən Kamal Bayramov və Oke Akpoveta bu dəfə ümumi qrupda çalışıb. Hər iki futbolçu baş məşqçinin şans verəcəyi təqdirdə bazar günü "Şəfa” stadionunda meydana çıxa biləcək. Yalnız Mişel Balokoq istisnadı ki, o, cəzalı durumdadı və "İnter”lə oyunu buraxmalı olacaq.
Fanat.az