Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "İnter"in yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze yetirmələrini Qazaxıstan klubu ilə oyunda sınayacaq.
Belə ki, "İnter" "İrtış" klubu ilə qarşılaşacaq. Oyun yanvarın 18-də baş tutacaq. "İrtış" Qazaxıstan çempionatının son mövsümünü 24 xalla 6-cı pillədə başa vurub.
Qeyd edək ki, "İnter" yanvarın 15-də Almaniyanın "Holştayn", 25-də "Arminiya" klubları ilə qarşılaşacaş. Ayın 11-i və 22-də baş tutacaq oyunlardakı rəqiblər hələ bəlli deyil.
Fanat.az