Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Elfsborq” - “İnter” görüşünün baş hakimi müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA matçı italiyalı hakimlər briqadasına həvalə edib.
Qarşılaşmanın baş hakimi Davide Massa olacaq. Ona həmyerliləri yardım edəcək. "Elfsborq" - "İnter" oyunu iyulun 17-də “Buros-Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Davide Massanın 33 yaşı var. 2012-ci ildən İtaliya A Seriyasında fit çalan ədalət təmsilçisi bu ilin yanvarından FIFA referisi statusu daşıyır.
Fanat.az