"İnter" üçün daha bir alman klubu

"İnter" üçün daha bir alman klubu
Türkiyədə təlim-məşq toplanışı keçəcək “İnter”in daha bir rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, "bankirlər"in növbəti rəqib də Almaniya klubu olacaq.
Belə ki, "İnter" Almaniyanın III Bundesliqasında çıxış edən “Holştayn”la qarşılaşacaq. Hazırda çempionatda 17-ci pillədə qərarlaşan Kil təmsilçisi yanvarın 4-də Proyensdorfda hazırlıqlara başlayacaq. Yanvarın 12-dən 19-na kimi Türkiyənin Bələk bölgəsində toplanış keçəcək “Holştayn” ayın 15-də “İnter”lə gücünü sınayacaq. 
Qeyd edək ki, “İnter” yanvarın 22-də bir başqa Almaniya klubu ilə də qarşılaşmaq istəyir. Bu, II Bundesliqa klubu olan “Arminiya”dı. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər