"İnter" transfer fiaskosunu yola saldı

"İnter" transfer fiaskosunu yola saldı

"İnter" daha bir futbolçusu ilə yolları ayrııb. Fanat.az xəbər verir ki, bank klubu Daniel Genovun ardınca İlço Naumoskini yola salıb.

Makedoniyalı futbolçu "İnter"ə böyük ümidlərlə transfer olunmuşdu. Belə ki, Avstriyanın "Mattersburq" klubunda 227 oyunda 51 qol vuran forvard "İnter"in hücum xəttində problemləri həll etməli idi. Lakin o, baş məşqçi Kaxaber Tsxadadzenin etimadını qazana bilmədi. Bunun nəticəsidi ki, İlço Premyer Liqada cəmi 4 oyuna çıxıb 80 dəqiqə oynadı və qol vura bilmədi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər