"İnter" toplanışı sülhlə bitirdi

"İnter" toplanışı sülhlə bitirdi
"İnter"in əvəzedici komandası "Şəfa" stadionunda təlim-məşq toplanışını başa çatdırıb. Fanat.az xəbər verir ki, komanda bu gün toplanış çərçivəsində sonuncu yoxlama görüşünü keçirib. 
"Şəfa" stadionunda baş tutan oyunda "İnter" "Şuşa" klubu ilə üz-üzə gəlib və bu qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Bankirlər"in qoluna Bilal Qənbərov imza atıb.
 
Qeyd edək ki, yanvarın 5-də başlayan toplanış çərçivəsində komanda 5 yoxlama görüş keçirib. Bundan öncə "İnter"in U-19 komandasını 5:1, "Sumqayıt"ın əvəzedici heyətini 4:2, "Qarabağ"ın əvəzedici komandasını 1:0 hesabı ilə yenən "bankirlər" MOİK-i də üstələyib - 6:1.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər