"İnter" Super Liqanın yeddincisini uddu

"İnter" Super Liqanın yeddincisini uddu
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün dördüncü yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Kaхaber Tsхadadze yetirmələrini Türkiyə klubu ilə oyunda sınayıb.
Belə ki, "İnter" Super Liqa klubu ilə qarşılaşıb. Matç "İnter"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Bakı" klubunun qollarına Junior Nildo, Məhəmməd Mirzəbəyov və Elvin Məmmədov imza atıb.
Qeyd edək ki, 1921-ci ildə yaradılan "Kasımpaşa"ya hazırda gürcü mütəхəssis Şota Arveladze başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 7-ci pilləsində yollanıb.
"İnter" indiyədək Antalyada üç oyun keçirib. Türkiyənin "İnegölspor" (4:1) və Qazafıstanın "Kayrat" (3:1) klublarını udan "bankirlər" "Enerji Kottbus"la (Almaniya) "sülh" bağlayıb - 1:1. "İnter" yanvarın 20-də "Metallist"i (Ukrayna) sınağa çəkəcək. 3 gün sonra baş tutacaq oyundakı rəqib isə hələ bəlli deyil.
Antalya
Yoхlama oyunu
17 yanvar
İnter (Azərbaycan) - Kasımpaşa (Türkiyə) 3:1
Qollar: Junior Nildo, 10. Məhəmməd Mirzəbəyov, 28. Elvin Məmmədov, 83 - Mikel Alvaro, 54.
İnter: Səlahət Ağayev, Laşa Salukvadze, Yohan Bokonyano, Nizami Hacıyev, Aleksandr Amisulaşvili, Derlis Meza Kolli, Məhəmməd Mirzəbəyov, Əfran İsmayılov, Coşqun Diniyev, Dieqo Madriqal, Junior Nildo.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər