Antalyada təlim-məşq toplanışında olan "İnter" növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "bankirlər" Slovakiyanın “Slovan” klubu ilə qarşılaşıb.
Oyun "İnter" üçün uğursuz alınıb. Belə ki, təmsilçimiz slovakların 2 qoluna cavab verə bilməyib.
Qeyd edək ki, "Slovan" klubu 1919-cu ildə yaradılıb, 12 dəfə Slovakiya, 6 dəfə Çexoslovakiya çempionu olub. Komanda 1968/69 mövsümündə Kuboklar Kubokunu qazanıb.
Onu da qeyd edək ki, "İnter" bundan əvvəl Almaniya “Verder” klubunun əsas və əvəzedici komandalarına 0:1 hesabı ilə uduzub.
Fanat.az