Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Azərbaycan bu mərhələdəki hər iki təmsilçisi bu gecə meydana çıxıb.
"İnter" doğma meydanda "Mladost"u qəbul edib. Bakı klubu Serbiyada 3:0 hesablı qələbə qazandığından bu matç bir növ formal xarakter daşıyırdı. Lakin "İnter" yenə rəqibinə aman verməyib və 2:0 hesablı qələbəyə sevinib. "Mladost"un qapısına Denis Silva və Nizami Hacıyev yol tapıb.
"İnter" II təsnifat mərhələsində Lüksemburqun "Fola" klubu ilə qarşılaşacaq. "Cırtdan ölkə" təmsilçisi ilk mərhələdə Moldovanın "Mladost" klubundan üstün olub.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
6 iyul
İnter (Azərbaycan) - Mladost (Serbiya) 2:0
Qollar: Denis Silva, 23. Nizami Hacıyev, 74.
İnter: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev, 9. Pərdis Fərcad Azad, 10. Elnur Abdullayev, 11, Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 19. Mirshüseyn Seyidov, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Zaur Svanadze.
Mladost: 1. Nemanya Krznariç, 4. İvan Miloçeviç, 7. Saşa Yovanoviç, 12. Nenad Qavriç, 14. Miloş Trifunoviç, 15. Aleksandr Peyoviç, 27. Vladimir Radivoyeviç, 28. Nikola Andriç, 44. Boqdan Miloşeviç, 93. Miloş Satara.
Ehtiyat oyunçular: 23. Draqan Rosiç, 8. Stefan Qoluboviç, 10. Xusiddin Qafurov, 18. Obiara Odita, 20. Nenad Marinkoviç, 17. İvan Pesiç, 32. İvan Markoviç.
Baş məşqçi: Nenad Milovanoviç.
Qırmızı vərəqə: Aleksandr Peyoviç, 45+3.
Hakimlər: Nikolay Balakin, Vladimir Volodin, Aleksandr Korniyko, Anatoli Jabçenko (Ukrayna).
Hakim-inspektor: Robert Malek (Polşa).
UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova).
Bakı. “Dalğa Arena” stadionu.
Fanat.Az