"İnter" Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartəpə qəsəbəsində təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, komnada bu gün iki dəfə məşqə çıxıb.
Səhərki çalışmalara futbolçular saat 10.00-da trenajor zalında başlayıb. Daha sonra oyunçular meydana çıxıb. Məşq müxtəlif məsafələrə qaçışdan ibarət olub. Axşam saat 17.00-da yenidən meydana çıxan futbolçular topla fərqli hərəkətlər ediblər və daha sonra ikitərəfli oyun keçirib.
"İnter" sabah yoxlama görüşünə çıxacaq. Yerli vaxtla saat 14.00-da başlayacaq matçda rəqib Türkiyənin aşağı liqalarından birinin təmsilçisi olacaq.
Fanat.az