"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İtaliya "İnter"i baş məşqçisiz qala bilər. Fanat.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Valter Matsarrinin fəaliyyətindən narazıdı və onu başqasıyla əvəzləmək fikrindədi.
Bunu "İnter"in prezidenti Erik Tohir də təsdiqləyib. O, son turda "Verona" ilə ev oyunundakı xal itkisindən (2:2) sonra baş məşqçi məsələsini ən qısa zamanda həll edəcəklərini açıqlayıb.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi hazırda 16 xalla 9-cu pillədədi. Bu komanda dekabrın 11-də Bakıda Azərbaycan çempionunun qonağı olacaq.
Fanat.az